https://news.day.az/azerinews/1812729.html Tromb yaranmasının qarşısını alan ƏDVİYYAT Zəncəfilin tromb yaranmasının qarşısını almaqda təsirli olduğu elmi şəkildə təsdiqlənib. Mütəxəssislər bildirir ki, zəncəfilin tərkibində olan gingerol maddəsi antitrombotik xüsusiyyətə malikdir.

Tromb yaranmasının qarşısını alan ƏDVİYYAT

Azərbaycanca, 30 января 2026 03:05 (UTC +04:00) 415
Tromb yaranmasının qarşısını alan

Zəncəfilin tromb yaranmasının qarşısını almaqda təsirli olduğu elmi şəkildə təsdiqlənib. Mütəxəssislər bildirir ki, zəncəfilin tərkibində olan gingerol maddəsi antitrombotik xüsusiyyətə malikdir.

Day.Az medicina.az-a istinadən xəbər verir ki, Piroqov Universitetinin 2 nömrəli Daxili Xəstəliklər Propedevtikası kafedrasının həkimi Elvira Xaçirovanın sözlərinə görə, gingerol trombositlərin bir-birinə yapışaraq laxta əmələ gətirməsinin qarşısını alır.

Həkim qeyd edib ki, zəncəfilin antitrombotik təsiri trombosit aqreqasiyasının azalması ilə bağlıdır. Lakin bu faydalı təsir yalnız zəncəfil müntəzəm şəkildə qida rasionuna daxil edildikdə özünü göstərir.

Mütəxəssis əlavə edib ki, zəncəfil xüsusilə oturaq həyat tərzi keçirənlər və varikoz damar problemi olan, yəni orta dərəcəli tromboz riski daşıyan şəxslər üçün faydalı ola bilər.

Bununla yanaşı, Elvira Xaçirova bəzi şəxslərin zəncəfili həkimlə məsləhətləşmədən qəbul etməməli olduğunu vurğulayıb. Bunlara antikoaqulyant dərman qəbul edənlər, hamilə qadınlar (xüsusilə üçüncü trimestrdə), eləcə də mədə-bağırsaq xəstəlikləri olan şəxslər daxildir. Kəskin mərhələdə olan mədə xorası kimi xəstəliklər zamanı zəncəfil qanaxma riskini artıra bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости