Qarpız hər kəs üçün təhlükəsiz deyil: Həkimdən yay mövsümü ilə bağlı xəbərdarlıq
Rusiyalı diyetoloq Olqa Yamilovanın sözlərinə görə, qarpızın həddindən artıq istehlakı xüsusilə böyrək xəstəliyi və şəkərli diabetdən əziyyət çəkən insanlar üçün sağlamlıq riski yarada bilər.
Day.Az xəbər verir ki, mütəxəssis qarpızın güclü sidikqovucu təsirinin böyrəklərə əlavə yük saldığını və böyrək daşı olan şəxslərdə daşların hərəkətinə səbəb ola biləcəyini bildirib.
Həkim qeyd edib ki, qarpız yüksək qlisemik indeksə malikdir və tərkibindəki sadə şəkərlər qanda qlükoza səviyyəsinin sürətlə yüksəlməsinə gətirib çıxara bilər. Bu səbəbdən şəkərli diabet xəstələri qarpızdan ehtiyatla istifadə etməlidirlər.
Mütəxəssis diabet xəstələri üçün gündəlik 150-200 qram qarpızın məqbul hesab edildiyini, lakin onun yalnız həkim məsləhəti ilə və qanda şəkər səviyyəsinə nəzarət olunaraq istehlak edilməsinin tövsiyə olunduğunu vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре