Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib
Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri dəyişib.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Anar Axundov - Azərbaycan iqtisadiyyat nazirinin müavini iqtisadiyyat naziri ilə əvəz edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncam ilə edilən dəyişikliklər barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре