Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiq edilib

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş" təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Day.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Fərmana əsasən, 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş" təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.