Mövsümi giləmeyvələrin uzun müddət təzə qalmasının yolları

Dietoloq Aleksandra Razarenova mövsümi giləmeyvələrin saxlanması zamanı onları əvvəlcədən yumamağı tövsiyə etmir.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, artıq nəmlik giləmeyvələrin daha tez xarab olmasına səbəb olur.

Saxlamazdan əvvəl xarab olanları ayırmaq və giləmeyvələri kağız dəsmal döşənmiş quru qabda soyuducuda saxlamaq məsləhətdir.

Mütəxəssis bildirib ki, giləmeyvələr yalnız istifadə etməzdən əvvəl yuyulmalı və qısa müddət soda məhlulunda saxlanılmalıdır. Ən həssas giləmeyvələr moruq və böyürtkəndir və onlar soyuducuda 1-3 gün saxlanılır.

Razarenovanın sözlərinə görə, çiyələk, qaragilə və qarağat uyğun şəraitdə təxminən bir həftə təzə qala bilər. Giləmeyvələrin daha uzun müddət saxlanılması üçün isə onların dondurulması tövsiyə olunur.