https://news.day.az/azerinews/1848173.html Əli Əsədov Slovakiya Prezidenti ilə görüşüb - FOTO Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb. Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi saytında məlumat dərc edilib.

Əli Əsədov Slovakiya Prezidenti ilə görüşüb - FOTO

Azərbaycanca, 15 июля 2026 15:15 (UTC +04:00) 305
Əli Əsədov Slovakiya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, görüşdə Slovakiya Prezidenti P.Pelleqrininin Azərbaycana rəsmi səfərinin və səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında Şuşada keçirilmiş danışıqların Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm təkan verəcəyi vurğulanıb.

Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində, xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndinin tikintisində iştirakının önəmi qeyd olunub.

Slovakiya tərəfindən Baş Qərvənd kənd tam orta məktəb binasının inşa edilərək Azərbaycan tərəfinə hədiyyə olunması təşəbbüsü yüksək qiymətləndirilərək buna görə minnətdarlıq ifadə edilib.

Azərbaycan ilə Slovakiya arasında siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

  • Əli Əsədov Slovakiya Prezidenti ilə görüşüb
  • Əli Əsədov Slovakiya Prezidenti ilə görüşüb
  • Əli Əsədov Slovakiya Prezidenti ilə görüşüb
  • Əli Əsədov Slovakiya Prezidenti ilə görüşüb
  • Əli Əsədov Slovakiya Prezidenti ilə görüşüb
  • Əli Əsədov Slovakiya Prezidenti ilə görüşüb
  • Əli Əsədov Slovakiya Prezidenti ilə görüşüb
  • Əli Əsədov Slovakiya Prezidenti ilə görüşüb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости