Ağstafada ağır qəza:

Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində iki nəfər xəstəxanaya çatdırılıb.

Onlardan biri həyatını itirib, digərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.