Bakının bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 27-də aşağıda adı çəkilən ərazilərdə təmir-təftiş işləri aparılacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

"Görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Nəriman Nərimanov prospekti və Qədirli küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Xətai rayonunda Xətai Rüstəmov, Neapol və Sarayevo küçələrində saat 09:00-dan 11:00-ddək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Həmçinin Hövsan qəsəbəsində saat 10:00-dan 15:00-dək Oqtay Şabanov küçəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq", - deyə məlumatda bildirilir.