https://news.day.az/azerinews/1871679.html Hərbi məktəbi bitirən zabitlərin leytenantlıq müddəti dəyişir Xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant hərbi rütbəsində olma müddəti yeni qaydada tənzimlənəcək.

Hərbi məktəbi bitirən zabitlərin leytenantlıq müddəti dəyişir

Azərbaycanca, 3 ноября 2026 13:25 (UTC +04:00) 269
Hərbi məktəbi bitirən zabitlərin leytenantlıq müddəti dəyişir

Xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant hərbi rütbəsində olma müddəti yeni qaydada tənzimlənəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, leytenant hərbi rütbəsində olma müddəti təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün - 2 il (aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün - 1 il), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi digər hallarda - 1 il müəyyən ediləcək.

Hazırda qüvvədə olan qanuna görə, təhsil müddəti 5 il və daha çox olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant hərbi rütbəsində olma müddəti 1 il müəyyən edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости