Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram.
İki dost ölkəni və xalqı birləşdirən, bütün sahələrdə möhkəmlənməsinə və inkişafına çalışdığımız qardaşlıq münasibətlərinin müstəsna əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıram.
Zati-alinizə salamlarımı və ehtiramımı bildirirəm".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре