https://news.day.az/azerinews/1873385.html DSX-nin hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib - FOTO Dövlət Sərhəd Xidmətinin (DSX) "N" saylı hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunması münasibətilə təntənəli mərasim keçirilib. Bu barədə DSX məlumat yayıb.

DSX-nin hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib - FOTO

Azərbaycanca, 10 ноября 2026 11:34 (UTC +04:00) 193
DSX-nin hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) "N" saylı hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunması münasibətilə təntənəli mərasim keçirilib.

Bu barədə DSX məlumat yayıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Döyüş Bayrağının təqdim olunmasının tarixi Zəfərin 6-cı ildönümünə təsadüf etməsinin rəmzi məna daşıdığı, bu hadisənin şəxsi heyət üçün böyük şərəf və yüksək məsuliyyət olduğu vurğulanıb.

Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqın birliyi nəticəsində Vətən müharibəsində qazanılan Qələbə dövlətin qüdrətini və Silahlı Qüvvələrin döyüş qabiliyyətini dünyaya nümayiş etdirib. Azərbaycan sərhədçilərinin hərbi əməliyyatlarda peşəkarlıq, fədakarlıq və qəhrəmanlıq göstərərək Zəfərin qazanılmasına mühüm töhfələr verdikləri qeyd olunub.

 

DSX rəisi general-polkovnik Elçin Quliyev Ali Baş Komandanın əmr və tapşırıqlarının yüksək səviyyədə icrasının hər bir hərbi qulluqçunun başlıca vəzifəsi olduğunu bildirib. O, dövlət sərhədlərinin etibarlı mühafizəsi və müdafiəsi, ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin ardıcıl həyata keçirildiyini vurğulayıb.

E.Quliyev şəxsi heyətin döyüş hazırlığının, peşəkarlığının və hərbi intizamının daim yüksək səviyyədə saxlanılmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra DSX rəisi hərbi şərəfin, qəhrəmanlığın, əsgəri ləyaqətin, Vətənə və dövlətə sədaqətin rəmzi olan Döyüş Bayrağını hərbi hissənin rəhbərliyinə təqdim edib.

Mərasimdən sonra Zəfərin 6-cı ildönümü münasibətilə hərbi hissənin ərazisində DSX rəhbərliyi və şəxsi heyətin iştirakı ilə 15 min ağac əkilib.

  • DSX-nin hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • DSX-nin hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • DSX-nin hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • DSX-nin hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • DSX-nin hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • DSX-nin hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • DSX-nin hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • DSX-nin hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости