https://news.day.az/azerinews/1873383.html Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - VİDEO

Azərbaycanca, 10 ноября 2026 11:19 (UTC +04:00) 224
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.

 

Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 2006-cı il təvəllüdlü Əliyev Mədət Fərhad oğlu dalğıclar tərəfindən təxliyə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости