Ermənistan hərbi xərclərini artırır
Ermənistan 2027-ci ildə hərbi xərclərini 147,22 milyon dollar artıracaq.
Day.Az xəbər verir ki, "İnterfaks"ın məlumatına görə, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, gələn il Müdafiə Nazirliyinə 616 milyard dram (1,71 milyard dollar) ayrılması nəzərdə tutulur. Bu, 2026-cı illə müqayisədə 53 milyard dram (147,22 milyon dollar) çoxdur.
Nazir qeyd edib ki, ayrılacaq vəsait müdafiə qabiliyyətinin artırılması, infrastrukturun inkişafı və silahlı qüvvələrin təminatına yönəldiləcək.
Qeyd edək ki, 2026-cı ildə Ermənistanda müdafiə xərcləri təxminən 16 faiz azaldılaraq 563 milyard dram (təxminən 1,46 milyard dollar) təşkil edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре