https://news.day.az/azerinews/1876454.html Avtomobil su kanalına düşüb - Ölən və yaralılar var Tovuz rayonunun Qovlar kəndi ərazisində minik avtomobilinin su kanalına düşməsi nəticəsində sürücü ölüb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb. Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, "VAZ" markalı minik avtomobili idarəetmədən çıxaraq su kanalına düşüb.

Avtomobil su kanalına düşüb - Ölən və yaralılar var

Azərbaycanca, 23 ноября 2026 14:42 (UTC +04:00) 137
Avtomobil su kanalına düşüb

Tovuz rayonunun Qovlar kəndi ərazisində minik avtomobilinin su kanalına düşməsi nəticəsində sürücü ölüb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb.

Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, "VAZ" markalı minik avtomobili idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə barədə nazirliyin "112" qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Xilasedicilər həlak olan sürücünün, 1961-ci il təvəllüdlü Şakir Şahmalı oğlu Hüseynovun meyitini kanaldan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости