https://news.day.az/azerinews/1877333.html Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq Noyabrın 27-də Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq

Azərbaycanca, 26 ноября 2026 15:36 (UTC +04:00) 175
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq

Noyabrın 27-də Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, sabah saat 09:00-dan Xırdalan şəhərinin bir hissəsində, Kənd Xırdalanda və Masazır qəsəbəsinin Cantəpə yaşayış ərazisində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Fasilə "Qaz İxrac" İdarəsinin aparacağı təmir-quraşdırma işləri ilə əlaqədardır. Qaz təchizatı işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости