https://news.day.az/azerinews/1877794.html Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub: "Hörmətli cənab Prezident...

Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

Azərbaycanca, 28 ноября 2026 11:30 (UTC +04:00) 241
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Mavritaniya İslam Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul işinizdə müvəffəqiyyətlər, dost Mavritaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости