Narkoman: "Çox çəkən deyiləm, ancaq toyda, nişanda"

Day.Az представляет новость на азербайджанском языке

Abşeron rayon Polis İdarəsinin əməliyatçıları narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfəri saxlayıb.

Region TV xəbər verir ki, 48 yaşlı Hafiz Seyfiyev cibində şəxsi istehlak miqdarından artıq marixuana gəzdirdiyinə görə saxlanılıb. Eyni əmələ görə, əvvəllər də məhkumluq həyatı yaşayan Hafiz narkotiki adını unutduğu tanışından aldığını bildirib. 

"Çox istifadə eləyən deyiləm. İçmişdim, canım ağrıdı, bir dostum verdi mənə. Sarayda da yolda gedəndə polis tutdu məni".

Saxlanılaraq istintaqa təhvil verilən Qobu qəsəbə sakini 48 yaşlı Səxavət Babayev də cibində aşkarlanan marixuananı haradan və nə vaxt almasını dəqiq xatırlamır.

"3-4 ay bundan qabaq almışdım "Papanin"dən, tanımadığım şəxsdən. Yadımdan çıxıb, kurtkamın cibində qalıb. Həmin kurtkanı geyinmişdim, polislər üstümə baxış keçirəndə tapıldı. Çox çəkən deyiləm, ancaq toyda, nişanda". 

Faktlarla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxslərin ətrafında əməliyyat tədbirləri davam etdirilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.