Manşetdəki yalan xəbərlər - 1 aprel zarafatı

Day.Az представляет новость на азербайджанском языке
Artıq ənənəyə uyğun olaraq insanlar hər il aprelin 1-də zarafat edirlər.
"Qafqazinfo" xəbər verir ki, mətbuat və media qurumları da 1 aprel günü zarafatsız keçinmir. Bəzi zarafat - xəbərlər gülüş yaratsa da, bəziləri insanlar tərəfindən xoş qarşılanmır.
Ötən əsrə nəzər yetirdikə isə müxtəlif dövrlərdə media qurumlarının yadda qalan zarafatlar etdiyinin şahidi olmaq mümkündür.
Gəlin tarixə nəzər yetirək:
1957-ci ildə BBC-nin xəbər proqramı olan "Panorama" havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını xəbər verib və tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Zəngələrə cavab verən BBC əməkdaşları zəng edənlərə tam ciddi şəkildə "bir qutu tomat, sosiskalı spaget əkin və onun yetişməsi üçün dua edin" məsləhəti veriblər. Sonda bunun bir zarafat olduğu məlum olub.
1962-ci ildə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.
"Sports İllustrated" jurnalının 1985-ci il aprel sayında ömür boyu "Mets"də oynamağı arzu edən bir beysbolçu ilə söhbət dərc olunub. Şidd Finş adlı bu beysbolçu topu hardasa işıq sürətinə yaxın bir sürətlə atmağından danışıb. Əslində isə Finş ömründə beysbol oynamayıb. O, sadəcə Tibet monastrlarının birində beysbol topu atmağın fəlsəfəsi üzrə dərs alıb.
1995-ci ildə "Discovery" jurnalı 1 aprel sayında Aprille Pazzo adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və pinqivinləri tutmaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib.
1998-ci ildə "Science and Reason" adlı dərginin 1 aprel buraxılışında Alabama ştatında "3.14" olan "Pi" sayının dəyərinin səsvermə yolu ilə yuvarlanaraq "3.0" olacağı xəbəri verilib. Xəbərdən sonra isə yüzlərlə insan bu qərara etiraz edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре