Hadisədən sonra sürücünün qaçması cəzanı daha ağırlaşdırır

Day.Az представляет новость на азербайджанском языке

Bəzi hallarda yol qəzalarından sonra sürücülər hadisə yerindən qaçırlar. Əslində bu, onların məsuliyyətini daha da artırır. Məsələn, əgər sürücü piyadanı vurub hadisə yerindən qaçırsa və vurulmuş piyada dünyasın dəyişirsə, bu vaxt  sürücü əlavə iki il də azadlıqdan məhrum edilə bilər.

Bu günlərdə sürücülərdən biri  avtomobillə 2 qadını vurdu, daha sonra hadisə yerindən qaçdı.

İyulun 19-da Bakıda Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsindən çox keçməmiş polis Fərid Şahmarlını saxlaya bilib.

Son zamanlar belə halların sayı artıb. Sürücülərin bir çoxu bu cür qəza törətdikdən sonra qaçmağa üstünlük verirlər. Belə etməklə iz itirməyə çalışanlar, əslində öz məsuliyyətlərini iki qat artırırlar.

Ekspert Ərşad Hüseynov deyir ki, hadisə yerindən yayınmaq qəsdlə törədilən cinayət hesab edilir ki, bu da məsuliyyəti xeyli artırır.

Day.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.