Millət vəkili maksimum bal toplayan müəllimlərdən danışdı
Day.Az представляет новость на азербайджанском языке
"Həmin müəllimlərin telefonlarına zəng edərək onları yüksək göstərici əldə etmələri münasibəti ilə təbrik etdim və onlarla fəxr etdiyimi bildirdim".
Day.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə sosial şəbəkədə rekord qıran müəllimlər barədə fikrini bildirərkən qeyd edib. O, müəllimlərə zəng edərək onları təbrik etdiyini bildirib.
"Dünən mətbuatda məlumat yayıldı ki, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı aparılmış imtahanlarda iki nəfər müəllim yüksək nəticə göstərib.
Lerik şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Günel Kərimova və Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günel Aslanlı imtahanda bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıblar.
Bu gün həmin müəllimlərin telefonlarına zəng edərək onları yüksək göstərici əldə etmələri münasibəti ilə təbrik etdim və onlarla fəxr etdiyimi bildirdim. Onların uğurunun Azərbaycanda dövlət tərəfindən təhsilə göstərilən yüksək qayğısının nəticəsi olduğunu və müəllimlərin dərin biliyə malik olmasının gələcək nəsillərin formalaşmasında əhəmiyyətini vurğuladım.
Hər iki Günel xanıma uğurlar arzulayaraq gələcəkdə elmi tədqiqatla məşğul olmaqlarını tövsiyə etdim".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре