4 nəfəri yanğından xilas edən polisdən xəbər var - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında baş vermiş yanğın zamanı daxili işlər orqanlarının əməkdaşları da sakinlərin xilas olmasında şücaət göstəriblər. Anspress bildirir ki, onlar FHN-in əməkdaşları ilə birgə əleyhqaz geyinərək öz həyatlarını riskə ataraq insanları yanğından xilas ediblər. Həmin polis əməkdaşlarından biri çavuş Şahin Qocayev risk edərək yanğın zamanı binadan 4 nəfəri xilas edib.

Lakin Şahin sonuncu şəxsi xilas edərkən huşunu itirib. Polis əməkdaşı dərhal təcili tibbi yardım maşını ilə Binəqədi rayonu Məlikov adına 6 saylı xəstəxanaya çatdırlıb. O, bu gün səhər saatlarında Daxili İşlər Nazilrliyinin Hospitalına yerləşdirilib. Tüstüdən boğulma diaqnozu ilə hospitala qəbul edilən Şahinin vəziyyəti normaldır.

"Biri yaşlı, digər ikisi isə ortaya yaşlı kişi idı. Sonuncu xilas etdiyim isə tələbə idi. Deyilənə görə, həmin tələbə ilə birlikdə eyni anda xəstəxanaya çatdırılmışam. Hazırda özümü normal hiss edirəm. Dövlət və rəhbərlik səviyyəsində hamı maraqlanır. Hər bir kəsə mənnətdaram", - deyə çavuş Şahin Qocayev bildirib.

Hospitalın həkimlərinin dediyinə görə, cəmi iki gündən sonra Şahin artıq evə buraxılacaq.

"Şahin Qocayev orta dərəcəli zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Hazırda onun vəziyyəti stabildir. Həyatı bir təhlükə yoxdur. Müalicə davam etdirilir", - deyə həkim Aytən Məmmədova qeyd edib.

Ümid edək ki, polis nəfəri Şahin Qocayev tezliklə sağlamlığına qovuşacaq və yenidən daxili işlər orqanlarına qayıdaraq ictimai asayişin keşiyində dayanacaq.

Videonu izləmək üçün şəkilə klikləyin:


фото