Azərbaycan bərpa olunan enerjininin inkişafında böyük potensiala malikdir

Azərbaycan bərpa olunan enerjininin inkişafında böyük potensiala malikdir.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu "Uniper Global Commodities" şirkətinin vitse-prezidenti Maykl Gilmer "Azərbaycanda bərpa olunan enerji mənbələri" mövzusunda dayanıqlı inkişaf üzrə Almaniya-Azərbaycan forumunda deyib.

"Biz bu regionda fəaliyyət göstərmək istəyən tərəflərlə əməkdaşlıq etməyə hazırıq. Azərbaycanda alternativ enerji sahəsində iri layihə yaradıla bilər", - deyə o bildirib

M.Gilmer qeyd edib ki, artıq Azərbaycanda enerji keçidi üzrə işçi qrupu formalaşdırılıb.

"Bu qrup vasitəsilə biz öz fikirlərimizi qərar qəbul edən şəxslərə çatdıra biləcəyik", - vitse-prezident deyib.