Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb - FOTO - VIDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirildi, bu görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olundu.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, milli valyutalarda ödənişlərin həyata keçirilməsi əlaqələrimizin möhkəmlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirildi.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре