Xakəndidə Həmrəylik Günü və Yeni il münasibətilə konsert keçirilib

Xankəndi şəhərinin Zəfər meydanında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, ilk öncə Azərbaycan dövlət himnini səsləndirib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhərin dövlət idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclərin, veteranların və ictimaiyyət nümayəndələrinin, minlərlə sakinin iştirakı ilə keçən konsertdə əsl bayram ab-havası yaşanıb.

 

Bayram tədbirində bildirilib ki, 31 dekabrın tarixindən söz açılıb. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında dekabrın 31-nin Dünya Azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbulu üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovet müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. Beləliklə, hər il dekabrın 31-i xalqımız tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Görülən işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühim rol oynayır.

Qeyd edək ki, bir neçə saat davam edən bayram konsertində ölkənin tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin çıxışları olub.