https://news.day.az/azerinews/1764226.html Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib Milli Hidrometeorologiya Xidməti iyunun 30-u və iyulun 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanca, 29 июня 2025 16:43 (UTC +04:00) 400
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti iyunun 30-u və iyulun 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Day.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikası, Qazax, Şəmkir, Samux, Gədəbəy, Göygöl, Gəncə, Ağstafa, Qobustan, Neftçala, Hacıqabul, Cəbrayıl, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Tərtər, Yevlax, Bərdə, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Ağdam və Beyləqanda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metrədək təşkil edəcək.

 

Goranboy, Naftalan, Mingəçevir, Daşkəsən və Tovuzda da fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости