https://news.day.az/azerinews/1876143.html Azərbaycan-Hindistan mədəni əlaqələrinin inkişafı müzakirə olunub - FOTO Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Görüş Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində baş tutub.

Azərbaycan-Hindistan mədəni əlaqələrinin inkişafı müzakirə olunub - FOTO

Azərbaycanca, 21 ноября 2026 17:44 (UTC +04:00) 201
Azərbaycan-Hindistan mədəni əlaqələrinin inkişafı müzakirə olunub

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə görüşüb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Görüş Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində baş tutub.

Adil Kərimli forumun təşkilinə və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan-Hindistan mədəni əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər mədəniyyət günlərinin, birgə sərgilərin və festivalların təşkili, eləcə də muzey, kitabxana və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

  • Azərbaycan-Hindistan mədəni əlaqələrinin inkişafı müzakirə olunub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости