Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu gün ümumilikdə 60 ailə olmaqla 236 nəfər öz dədə baba torpağına qayıdaraq yeni evlə təmin ediləcək.
Köç edən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Xıdırlı kəndinə bu mərhələdə ümumilikdə 60 ailə 236 nəfər köçürülür ki, onlar Bərdə rayonundan 22 ailə olmaqla 101 nəfər, Bakı şəhərindən 20 ailə 73 nəfər, Ağdam rayonundan 7 ailə 20 nəfər, Mingəçevir şəhərindən 4 ailə 14 nəfər, Yevlax rayonundan 3 ailə 5 nəfər, Sumqayıt şəhərindən 1 ailə 6 nəfər, Abşeron rayonundan 1 ailə 3 nəfər, Ağcabədi rayonundan 1 ailə 2 nəfər, Qəbələ rayonundan 1 ailə 2 nəfər yeni ev sahibi olacaq.
Qeyd edək ki, bu köç də nəzərə alınmaqla Ağdam rayonunun Xıdırlı kəndinə cəmi 130 ailə 512 nəfər köçürülüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре