Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb: açarlar təqdim olunub - FOTO

16:06
Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.
15:29
Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Kəlbəcər şəhərinə köçürülən ümumilikdə 115 nəfər olmaqla 29 ailə öz dədə-baba yurdu olan Kəlbəcər şəhərinə çatıb.
Daha sonra köç edən ailələrə yeni sahib olduqları evlərin açarları təqdim ediləcək.
11:11
Qayıdış proqramına uyğun olaraq Kəlbəcər şəhərinə köç edənlər bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə olmaqla 115 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər Tərtər şəhər Bayraq Meydanından yola sala salınıb. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, koç edən ailələr Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре