https://news.day.az/azerinews/1783409.html Orqan transplantasiyası üçün gözləyənlərin 25%-i uşaqlardır - RƏSMİ Hazırda orqan transplantasiyası üçün gözləyənlərin 25%-ni uşaqlar təşkil edir. Day.Az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

Orqan transplantasiyası üçün gözləyənlərin 25%-i uşaqlardır - RƏSMİ

Azərbaycanca, 26 сентября 2025 10:34 (UTC +04:00) 364
Orqan transplantasiyası üçün gözləyənlərin 25%-i uşaqlardır

Hazırda orqan transplantasiyası üçün gözləyənlərin 25%-ni uşaqlar təşkil edir.

Day.Az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

O qeyd edib ki, hazırda orqan nəqli üçün gözləyən insanların sayı 1000 nəfəri keçib.

"Öz ölümündən sonra orqanlarını bağışlamaq istəyən 600 nəfər Azərbaycan vətəndaşı bizim reyestrimizdən qeydiyyatdan keçib. Bu o deməkdir ki, insanlar artıq ölümündən sonra orqan bağışlamaq istəyinin necə şəfa verici bir şey olduğunu anlayırlar.

Düşünürlər ki, biz həyatımızı dəyişəndən sonra 8 insana həyat vermək böyük bir şərəfdir. Hazırda nəqli üçün gözləyənlərin 25 %-i uşaqlardır"- deyə Y.Abbasova əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости