https://news.day.az/azerinews/1785891.html Röyanın keçmiş əri 4-cü dəfə EVLƏNİR - Bu müğənni ilə - VİDEO Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı, iş adamı **Anar Cəlilov** növbəti dəfə ailə həyatı qurmağa hazırlaşır. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Anar Cəlilov bu barədə "TikTok"da canlı yayım zamanı danışıb. O, müğənni Nərmin Ahmet ilə nikah masasına oturacağını bildirib.

Röyanın keçmiş əri 4-cü dəfə EVLƏNİR - Bu müğənni ilə - VİDEO

Azərbaycanca, 6 октября 2025 11:05 (UTC +04:00) 441
Röyanın keçmiş əri 4-cü dəfə EVLƏNİR

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı, iş adamı **Anar Cəlilov** növbəti dəfə ailə həyatı qurmağa hazırlaşır.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Anar Cəlilov bu barədə "TikTok"da canlı yayım zamanı danışıb. O, müğənni Nərmin Ahmet ilə nikah masasına oturacağını bildirib.

İfaçı toyun dekabrın sonlarında keçiriləcəyini deyib:

"Dekabrda evlənirik, ayın 31-i xaricə gedəcəyik. İndidən hazırlaşın".

Müğənni həmçinin Anar Cəlilovla birlikdə oxuduqları yeni duetdən bir hissəni sosial şəbəkədə paylaşaraq izləyicilərinə sürpriz paylaşım edib. Paylaşım az zamanda böyük marağa səbəb olub.

Məlumata görə, bu, Anar Cəlilovun dördüncü nikahı olacaq. O, üçüncü həyat yoldaşından ayrıldıqdan sonra Nərmin Ahmetlə həm şəxsi, həm də yaradıcılıq münasibəti qurmağa qərar verib.

Qeyd edək ki, Anar Cəlilov Xalq artisti Röya Ayxanla evli olub. Onların Hüseyn adlı övladı var. Onun yeni evlilik qərarı şou-biznesdə geniş müzakirələrə səbəb olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости