https://news.day.az/azerinews/1786507.html Azad edilmiş ərazilərdə daha 490 ev layihələndiriləcək Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir. Day.Az xəbər verir ki, bu işlərin davamı kimi Ağdərə və Xocalıda 490 fərdi yaşayış evi təmir olunacaq.

Azad edilmiş ərazilərdə daha 490 ev layihələndiriləcək

Azərbaycanca, 8 октября 2025 11:23 (UTC +04:00) 314
Azad edilmiş ərazilərdə daha 490 ev layihələndiriləcək

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir.

Day.Az xəbər verir ki, bu işlərin davamı kimi Ağdərə və Xocalıda 490 fərdi yaşayış evi təmir olunacaq.

Belə ki, Ağdərə rayonunun Çıldıran, Vəngli, Aşağı Oratağ, Heyvalı kəndlərində 184 fərdi yaşayış evi, Xocalı rayonunun isə Mehdibəyli, Pirlər, Daşbulaq, Badara, Xanabad, Seyidbəyli kəndlərində 306 fərdi yaşayış evinin cari təmirinin layihələndirilməsi işləri həyata keçiriləcək.

Məlumata əsasən, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Promor" və "Monotech AZ" Məhdud Məsuliyyətli Cəmiyyətlərinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, fərdi yaşayış evlərinin təmirinin layihələndirilməsi üzrə MMC-lərə ümumilikdə 448,9 min manat ödənilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости