Prezident İlham Əliyev: Azərbaycan və Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı

Azərbaycan və Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirib.

Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını dedi. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlətimizin başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxundu.