https://news.day.az/azerinews/1789367.html Azad olunmuş ərazilərdə internetlə təmin edilən abunəçilərin açıqlanıb 30 sentyabr 2025-ci il tarixinə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə "AzTelekom" MMC-nin xidmətlərindən istifadə edən 6 mindən çox abunəçi (ev, təsərrüfat və biznes subyektləri) mövcuddur. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, "AzTelekom"dan bildirilib.

Azad olunmuş ərazilərdə internetlə təmin edilən abunəçilərin açıqlanıb

Azərbaycanca, 20 октября 2025 10:54 (UTC +04:00) 340
Azad olunmuş ərazilərdə internetlə təmin edilən abunəçilərin açıqlanıb

30 sentyabr 2025-ci il tarixinə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə "AzTelekom" MMC-nin xidmətlərindən istifadə edən 6 mindən çox abunəçi (ev, təsərrüfat və biznes subyektləri) mövcuddur.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, "AzTelekom"dan bildirilib.

Qeyd edilib ki, həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi məskunlaşma olan yaşayış məntəqələri və biznes subyektlərinə GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə yüksəksürətli internetlə yanaşı, "internet + telefoniya", "internet + televiziya (ikisi birində)" və "internet + telefoniya + televiziya (üçü birində)" xidmətləri də "Aztelekom" MMC tərəfindən təmin olunur.

"Telekommunikasiya xidmətlərinin genişləndirilməsi sakinlərin gündəlik həyatına rahatlıq gətirməklə yanaşı, bölgədə həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin icrasına da mühüm dəstək verir",-qurumdan əlavə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости