https://news.day.az/azerinews/1796951.html Zəngəzur dəhlizi Qazaxıstanın Türkiyə limanlarına çıxışı üçün yeni marşrut olacaq - İqtisadiyyat naziri Zəngəzur dəhlizi Qazaxıstanın Türkiyə limanlarına çıxışı üçün yeni marşrut təqdim edəcək. Day.Az xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini və Milli Nəqliyyat naziri Serik Jumanqarin bildirib. "Hazırda biz Gürcüstanın Qara dəniz limanlarına Azərbaycan və Gürcüstandan gedirik.

Zəngəzur dəhlizi Qazaxıstanın Türkiyə limanlarına çıxışı üçün yeni marşrut olacaq - İqtisadiyyat naziri

Azərbaycanca, 21 ноября 2025 11:35 (UTC +04:00) 362
Zəngəzur dəhlizi Qazaxıstanın Türkiyə limanlarına çıxışı üçün yeni marşrut olacaq

Zəngəzur dəhlizi Qazaxıstanın Türkiyə limanlarına çıxışı üçün yeni marşrut təqdim edəcək.

Day.Az xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini və Milli Nəqliyyat naziri Serik Jumanqarin bildirib.

"Hazırda biz Gürcüstanın Qara dəniz limanlarına Azərbaycan və Gürcüstandan gedirik. Bu marşrut bizim Naxçıvana və ardınca birbaşa Türkiyənin dəniz limanlarına çıxmağımıza imkan yaradacaq",- deyə o bildirib.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlər haqqında" Sazişi paraflayıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости