Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət, ictimai əsaslarla fəaliyyət göstərən mərkəzi və yerli səviyyəli Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qruplarının yaradılması, gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qruplarının iş qaydası layihəsinin hazırlanması və təsdiq edilməsi və gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qruplanının fəaliyyətə başlaması və gender bərabərliyinin təmini sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi planlaşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре