Qadınların sosial-ictimai fəallığını artırmaq məqsədilə QHT-lər yaradılacaq
Qadınların sosial-ictimai fəallığını artırmaq məqsədilə qeyri-hökumət təşkilatlarının yaradılması təşviq ediləcək.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, gender bərabərliyinin təmin olunması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına dair məlumatların toplanılması, gender bərabərliyinin təmini sahəsində qeyri-hökumət təşkilatlarının yaradılması ilə bağlı təşviqat tədbirlərinin həyata keçirilməsi və gender bərabərliyinin təşviqi sahəsində fəaliyyət göstərən, o cümlədən qadınların rəhbərlik etdiyi yeni qeyrihökumət təşkilatlarının yaradılması planlaşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре