https://news.day.az/azerinews/1809642.html Cari tədris ilində neçə şagird yerdəyişməsi edilib? - RƏSMİ Şagird yerdəyişməsi ilə bağlı statistika açıqlanıb. Day.Az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 53 mindən çox şagird yerdəyişməsi qeydə alınıb:

Cari tədris ilində neçə şagird yerdəyişməsi edilib? - RƏSMİ

Azərbaycanca, 15 января 2026 17:18 (UTC +04:00) 319
Cari tədris ilində neçə şagird yerdəyişməsi edilib?

Şagird yerdəyişməsi ilə bağlı statistika açıqlanıb.

Day.Az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 53 mindən çox şagird yerdəyişməsi qeydə alınıb:

"2025-2026-cı tədris ilinin I yarımilində ölkə üzrə 53 mindən çox şagirdin yerdəyişməsi uğurla tamamlanıb", - məlumatda bildirilib.

Qeyd edək ki, yerdəyişmə prosesi yanvarın 8-də dayandırılıb. 11-ci siniflər üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və 1-10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости