https://news.day.az/azerinews/1809677.html Yasamalda binada baş verən yanğın söndürüldü Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Trend-ə ️FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Yasamalda binada baş verən yanğın söndürüldü

Azərbaycanca, 15 января 2026 20:10 (UTC +04:00) 375
Yasamalda binada baş verən yanğın söndürüldü

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə ️FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ilkin məlumata əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb.

19:57

ххх

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş vermiş yanğın məhdudlaşdırılıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə ️FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

19:41

ххх 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə ️FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости