Azərbaycanın suverenliyinin tam bərpası ilə 20 Yanvar şəhidlərinin arzuları yerinə yetirildi

1990-cı il 20 yanvar tarixində Azərbaycan xalqının müstəqillik yolunda göstərdiyi milli iradənin sabah 36-cı ili tamam olur. O çətin şərtlərdə Azərbaycan xalqı həmişə olduğu kimi öz azad iradəsini hər şeyə rəğmən sərgilədi və SSRİ-nin Qızıl Ordusunun tankları arasında qadın, kişi, gənc, yaşlı demədən 130 nəfər şəhid oldu.

Day.Az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, onlar bugünkü Azərbaycan üçün böyük fədakarlıqlar ediblər.

"20 Yanvar hadisələri zamanı 700-dən çox insan yaralanıb. Vətən müharibəsindən sonra Azərbaycanın suverenliyinin təmamilə bərpası ilə 20 yanvar şəhidlərinin arzularının yerinə yetirildiyini düşünürəm. Biz onlara çox şey borcluyuq. Allahdan onlara rəhmət diləyirik. Azərbaycan-Türkiyə qardaşlığının daimi olmasını diləyirik",- deyə səfir əlavə edib.