IRENA Azərbaycanda enerji keçidi üzrə illik investisiya forumu keçirəcək

IRENA 2026-cı ilin iyununda Azərbaycanda enerji keçidi üzrə illik investisiya forumu keçirəcək.

Day.Az xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ADA Universitetində Beynəlxalq Təmiz Enerji Gününə həsr olunmuş dəyirmi masa zamanı bildirib.

"Biz tərəfdaşlarla birlikdə 2026-cı ilin iyununda Azərbaycanda Mərkəzi Asiya üçün enerji keçidi üzrə illik investisiya forumunu çağıracağıq", - deyə IRENA-nın baş direktoru vurğulayıb.