Türkiyədə qəza - Azərbaycan vətəndaşı saxlanıldı
Türkiyənin Samsun şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla gecə saat 01:30 radələrində baş verib.
Belə ki, kuryer fəaliyyəti ilə məşğul olan Umut Can Turanın idarə etdiyi motosiklet yolun kənarında park edilmiş yük maşınına çırpılıb.
Qəza nəticəsində xəsarət alan motosikletin sürücüsü yaxınlıqdakı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun bir vaxtlar badminton idman növü üzrə Türkiyə yığmasının üzvü olduğu bildirilir.
Hadisə ilə bağlı 99-ZC-168 nömrə nişanlı yük avtomobilinin sürücüsü olan Azərbaycan vətəndaşı Nadir Salmanov ifadəsinin alınması üçün saxlanılıb.
Fotoda: Umut Can Turan

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре