https://news.day.az/azerinews/1811538.html Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb - FOTO Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-də İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb. Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kbineti məlumat yayıb.

Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb - FOTO

Azərbaycanca, 23 января 2026 18:50 (UTC +04:00) 561
Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-də İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kbineti məlumat yayıb.

Baş nazir Ə.Əsədov bir neçə gün əvvəl İspaniyada baş vermiş qatar qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar F.Armenqola başsağlığı verdi.

Görüşdə Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrin müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi bildirildi, dövlətlərarası münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı qeyd edildi.

Parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulandı.

İki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusən də ticarət-iqtisadi, investisiya, enerji, o cümlədən bərpa olunan enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.

  • Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
  • Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
  • Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
  • Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости