"Barselona" və "Çelsi" "Qarabağ"la bağlı paylaşım etdi

"Barselona" və "Çelsi" klubları sosial şəbəkə hesablarında "Qarabağ" klubu ilə bağlı paylaşım ediblər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, klublar paylaşımda "Qarabağ"ın loqosunu potensial rəqib komandalar siyahısına yerləşdirib və  "Bizim potensial rəqiblərimiz!" sözlərinə yer verib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək.

 

Bu raundun püşkü yanvarın 30-da atılacaq.