https://news.day.az/azerinews/1813435.html Tikintidə yeni yanaşmalar - "Yaşıl bina" nədir? - VİDEO Şəhərlərdə iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması məqsədilə "yaşıl tikinti" və "yaşıl bina" yanaşmaları üzrə yeni addımlar atılır. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, bu çərçivədə şəhərsalma və tikinti sahəsində mövcud qanunvericilik təhlil edilir, beynəlxalq təcrübə öyrənilir.

Tikintidə yeni yanaşmalar - "Yaşıl bina" nədir? - VİDEO

Azərbaycanca, 2 февраля 2026 09:12 (UTC +04:00) 363
Tikintidə yeni yanaşmalar

Şəhərlərdə iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması məqsədilə "yaşıl tikinti" və "yaşıl bina" yanaşmaları üzrə yeni addımlar atılır.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, bu çərçivədə şəhərsalma və tikinti sahəsində mövcud qanunvericilik təhlil edilir, beynəlxalq təcrübə öyrənilir. Eyni zamanda, normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, "yaşıl tikinti" və "yaşıl bina" ətraf mühitə zərəri minumuma endirir. Bu prinsiplərlə inşa edilən tikililər isə "yaşıl bina" adlanır. Ekspert bu tip binaların üstünlüklərinə də diqqət çəkib.

Belə binalar enerji səmərəliliyi, təbii işıqlandırma, düzgün havalandırma və insan sağlamlığı üçün daha təhlükəsiz şəraitlə seçilir.

Qeyd olunur ki, yaşıl binalar təkcə təbiətin qorunmasına deyil, eyni zamanda, uzunmüddətli iqtisadi qənaətə də imkan yaradır.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости