Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Fevralın 2-də Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin XI Forumu keçirilir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Gəncləri Günü münasibətilə gənclərə ünvanladığı müraciəti səsləndirib.

Tədbirdə dövlətimizin başçısının yanvarın 30-da imzaladığı "2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncamla Prezident mükafatlarına layiq görülmüş gənclərə mükafatlar təqdim ediləcək.