https://news.day.az/azerinews/1843124.html Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə - VİDEO Bakıda intensiv yağışlar zamanı yaranan gölməçələrin və nəqliyyatda müşahidə olunan problemlərin aradan qaldırılması məqsədilə yeni layihələr həyata keçirilir. Paytaxtın müxtəlif ərazilərində tətbiq olunan mikrotunel sistemləri yağış sularının səmərəli şəkildə yönləndirilməsinə xidmət edəcək.

Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə - VİDEO

Azərbaycanca, 22 июня 2026 00:40 (UTC +04:00) 270
Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə

Bakıda intensiv yağışlar zamanı yaranan gölməçələrin və nəqliyyatda müşahidə olunan problemlərin aradan qaldırılması məqsədilə yeni layihələr həyata keçirilir. Paytaxtın müxtəlif ərazilərində tətbiq olunan mikrotunel sistemləri yağış sularının səmərəli şəkildə yönləndirilməsinə xidmət edəcək.

Day.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, yeni kollektorlar böyük həcmdə su axınını qəbul edərək yol infrastrukturunun dayanıqlığını artıracaq və nəqliyyatın fasiləsiz hərəkəti üçün əlverişli şərait yaradacaq.

Bununla yanaşı, Pirşağı sutəmizləyici qurğusuna istiqamətlənən kollektorların tikintisi də davam etdirilir. Dövlət proqramı 2026-2035-ci illəri əhatə etsə də, layihənin ilkin nəticələrinin 2028-ci ilin əvvəlində, daha geniş təsirlərinin isə 2030-cu ildə hiss olunacağı gözlənilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости