https://news.day.az/azerinews/1843447.html Messinin rekorduna yaxınlaşan bu futbolçu yeni ulduz olmaq yolundadır Lionel Messidən sonra Fransa millisinin hücumçusu Kilian Mbappe də Almaniya yığmasının sabiq üzvü Miroslav Klozenin dünya çempionatlarındakı qol rekorduna çatıb. Day.Az xəbər verir ki, Mbappe DÇ-2026-nın 2-ci turunda İraqla ötən gecə keçirilən görüşdə (3:0) dubl edib.

Messinin rekorduna yaxınlaşan bu futbolçu yeni ulduz olmaq yolundadır

Azərbaycanca, 23 июня 2026 12:20 (UTC +04:00) 280
Messinin rekorduna yaxınlaşan bu futbolçu yeni ulduz olmaq yolundadır

Lionel Messidən sonra Fransa millisinin hücumçusu Kilian Mbappe də Almaniya yığmasının sabiq üzvü Miroslav Klozenin dünya çempionatlarındakı qol rekorduna çatıb.

Day.Az xəbər verir ki, Mbappe DÇ-2026-nın 2-ci turunda İraqla ötən gecə keçirilən görüşdə (3:0) dubl edib.

Dünya çempionatının göstəricilərinə görə, bununla da o, mundiallarda vurduğu qolların sayını 16-a çatdırıb.

Ötən günə qədər sözügedən göstəricidə dünya rekordunda 16 qolla Kloze və Messi şərik idi. Argentina millisinin kapitanı Avstriya ilə dünənki görüşdə dubl edərək mundiallardakı qollarınn sayını 18-ə çatdırıb və ən yaxşı bombardir olub.

İndi Mbappenin 16, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun isə 15 qolu var. Göründüyü kimi, Mbappe Klozeyə çatmaqla yanaşı, Ronaldonu da geridə qoyub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости