https://news.day.az/azerinews/1846625.html Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib - FOTO Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib. Day.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanovla görüşü ilə bağlı paylaşım edib.

Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib - FOTO

Azərbaycanca, 8 июля 2026 10:40 (UTC +04:00) 334
Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib.

Day.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanovla görüşü ilə bağlı paylaşım edib.

"Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanovla görüşdük. Ölkələrimizin malik olduğu zəngin enerji potensialının iqtisadi tərəfdaşlığın inkişafı üçün əlverişli şərait yaratdığını vurğuladıq. Beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, birgə layihələrdə iştirak imkanlarını müzakirə etdik", - deyə paylaşımda qeyd olunub.

  • Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
  • Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
  • Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
  • Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости