https://news.day.az/azerinews/1853646.html
Azərbaycan Çin şirkəti ilə əməkdaşlığı müzakirə edib
Azərbaycan Çinin "Xinjiang Joinworld Co., Ltd." şirkəti ilə əməkdaşlığı müzakirə edib. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
Azərbaycan Çin şirkəti ilə əməkdaşlığı müzakirə edib
Azərbaycan Çinin "Xinjiang Joinworld Co., Ltd." şirkəti ilə əməkdaşlığı müzakirə edib.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən "Xinjiang Joinworld Co., Ltd." şirkətinin baş direktorunun müavini Ma Bin ilə görüşümüzdə ölkəmizlə Çin arasında biznes əlaqələrinin şaxələnməsini və əməkdaşlıq perspektivlərini vurğuladıq.
Birgə layihələrin icrası, müasir texnologiyaların, innovasiyaların və nou-haunun tətbiqi, eləcə də təcrübə transferi məsələlərini müzakirə etdik", - paylaşımda qeyd edilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре