https://news.day.az/azerinews/1853919.html Azərbaycanla Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiq edilib Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib.

Azərbaycanla Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiq edilib

Azərbaycanca, 14 августа 2026 13:54 (UTC +04:00) 183
Azərbaycanla Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiq edilib

Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib.

Bu barədə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Fərmanla 2026-cı il iyunun 2-də Minsk şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости